Üç Rusiya federal təhlükəsizlik agenti restorandan sifariş verdikləri yeməkdən zəhərlənərək ölüb.
Tacxeber xarici KİV-ə istinadla xəbər verir ki, Ukraynanın yeraltı müqavimət qüvvələri onların yeməklərinə siçovul zəhəri qoyublar.
Restoranda axtarış zamanı zəhər tapılmayıb, lakin yeməyi çatdıran kuryer itib.
Ukraynanın sürgündə olan Melitopol meri İvan Federov verdiyi açıqlamada hadisəni təsdiqləyib.
“Onlar yerli kafedən yemək sifariş veriblər və bu yeməkləri qəbul etdikdən sonra hamısı zəhərlənib, hətta bəziləri ölüb. Onlar artıq buna qarşı mübarizə apara bilməyəcəklər.
Düşmənin məhv edilməsi təkcə partlayışlar, raket hücumları ilə deyil, həm də müqavimət qüvvələri tərəfindən həyata keçirilir”.
Hadisə ilə bağlı Rusiyadan hələlik heç bir təsdiq yoxdur. (Ölkə)