“Bir neçə gün əvvəl Rusiya Müdafiə Nazirliyi Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin rotasiyasının başa çatdığını, yenilənmiş kontingentin isə qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək üçün Qarabağa qayıtdığını bildirib”
Tacxeber.com xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.
“Rusiya sülhməramlılarının Qarabağda nə edəcəyi bəlli deyil, orada kimləri müdafiə edəcəklər. Onları müdafiə etmək adı ilə gəldikləri ermənilər də yoxdur. Rusiya-Azərbaycan müqaviləsi çərçivəsində 2020-ci ildə Qarabağa daxil olan Rusiya hərbçilərinin orada qalması barədə razılıq əldə olunub”-
“Bununla belə, diqqətəlayiq haldır ki, Rusiya sülhməramlılarının Ermənistan üzərindən Qarabağa səfərlərini davam etdirmələri barədə məlumat əldə etmişik”- deyə erməni nəşri davamında bildirir.
Məlum olur ki, erməni müxbirlərdən biri Xankəndinə yollanan rusiyalı hərbçilərdən birindən onların Zvartnots hava limanına enib, sonra isə Qarabağa getdiklərini öyrənib.
“Rusiya sülhməramlı kontingenti ilə əlaqə saxlaya bilmədik, lakin Ermənistan Müdafiə Nazirliyindəki mənbəmiz təsdiqlədi: “Rusiya sülhməramlıları həmişə olduğu kimi İrəvandan Qarabağa gedirlər”- deyə erməni nəşri diqqətə çatdırır.
Xatırladaq ki, Azərbaycan ordusunun Qarabağdakı son lokal əməliyyatından bir müddət sonra sosial şəbəkələrdə Rusiya “sülhməramlı”larına məxsus texnikaların yük qatarları vasitəsi ilə Azərbaycan ərazisindən çıxarıldığını əks etdirən video-görüntülər yayıldı. Az sonra isə Rusiya Müdafiə Nazirliyi məlumat verdiki, sülhməramlı kontingentin tərkibində rotasiya, yəni yenilənmə aparılır, texnikalar isə sadəcə təmir üçün Rusiyaya göndərilir… (Moderator)