• 22 Noyabr 2024 18:26

Niyə amerikalılar Conn Kennedinin ölümünün rəsmi versiyaya inanmırlar və KQB və MKİ-nin izini axtarırlar?

XX əsrin ən məşhur cinayəti. Keçmiş dəniz piyadası olan nişancının isti-isti izlərlə tutulmasına baxmayaraq, dünyada milyonlarla insan hələ də istintaqın nəticələrinə şübhə ilə yanaşır. Kennedinin pərəstişkarları dünyanın ən nüfuzlu siyasətçilərindən birinin, Amerikanın sevimlisinin hansısa qeyri-normal həyat tərzi olan tənha birisi tərəfindən vurula biləcəyinə inanmırlar. Bəziləri bu işdə qüdrətli KQB-nin əlini axtarır, bəziləri MKİ-dən, kubalılardan və mafiyadan qisas almaq haqqında sui-qəsd nəzəriyyələri qururlar. 60 il sonra Kennedinin işi ilə bağlı məlum olanları Tacxeber.com olaraq sizə təqdim edirik:

Xalq qəhrəmanı

 ABŞ-ın 35-ci prezidenti Con Fitscerald Kennedi əsl pop kumir idi. O, artıq 42 yaşında dövlət başçısı ola bilib. Hollivud görünüşlü, İkinci Dünya Müharibəsi qəhrəmanı statusu və bir milyard dollarlıq sərvətin varisi, tərcümeyi-halına görə Pulitzer Mükafatı – bütün bunlar amerikalıların qəlbini fəth etmişdi. Çünki yeni prezident onların sevimli kino qəhrəmanlarına çox bənzəyirdi. Lakin Kennedi həm də ən mübahisəli prezidentlərdən biri kimi tarixə düşməyi bacarır..

 

Onun hakimiyyətinin üç ildən az bir müddətində Birləşmiş Ştatlar bir sıra daxili və xarici siyasət böhranlarına qarışmağa da fürsət tapmışdı: Kubadakı Donuzlar körfəzinə uğursuz eniş, Berlin böhranı, Kuba raket böhranı və Vyetnam müharibəsi. Siyasətdə kəskin sola dönüş, vətəndaş hüquqlarının liberallaşdırılması və pulsuz təhsil və səhiyyəyə geniş maliyyə dəstəyi mühafizəkar Amerikanı Kennedidən uzaqlaşdırırdı və bütün bunlar cəmiyyətin qütbləşməsinə səbəb olmuşdu.

Dallasda prezidentə açılan atəş

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin avtomobili Dallasa daxil olur. Görüntülər qətldən bir qədər əvvəl çəkilib. 22 noyabr 1963-cü il

 

22 noyabr 1963-cü il cümə günü Con Kennedi və həyat yoldaşı Jaklinlə Dallasa  Texas ştatına gəlirlər.  Bir il sonra ABŞ-da prezident seçkiləri keçirilməli idi və sbəbədən Kennedi bu zəngin şəhərdən sponsorları öz tərəfinə çəkməyə ümid edirdi. Prezidentin korteji hava limanından on ikiyə on dəqiqə qalmış çıxır. Kennedi, onun həyat yoldaşı,  Texas qubernatoru Con Konelli və həyat yoldaşı Lincoln Continental kabrioletində oturmuşdular. Onlar yol kənarında düzülən tərəfdarları salamlayıb, fotoqraflara və operatorlara əl yelləyirdilər.

 

Kortej Main Street-dən Hyuston küçəsinə dönərkən, qubernatorun arvadı Kennediyə üzünü tutaraq deyir: “Cənab prezident, siz razısınız ki, Dallas sizi sevir ?” və Kennedi “Əlbəttə” cavabını verir.  Kortej daha sonra Qarağac küçəsinə dönür. Bu zaman saat 12:30-da yaxınlıqdakı məktəbin kitab anbarından atəş səsləri eşidilir: bir güllə Kennedinin kürəyinə dəyir və boynundan çıxır, ikincisi güllə isə başından dəyib başından çıxır.

Kennedinin sui-qəsd cəhdindən sonra aparıldığı Dallasdakı Parkland Xəstəxanasının qarşısında izdiham izdiham .

 

Birinci atışdan dərhal sonra Gizli Xidmət agenti Klinton Hill prezidentin kabrioletininə yetişir və prezidentin cəsədini öz gövdəsi ilə örtür. Lakin prezidentin başındakı dəliyi görən Hill dərhal həmkarlarına baş barmağını aşağı göstərir. Prezident kabrioletinin sürücüsü William Greer dərhal maşını beş dəqiqəyə  Kennedini Parkland xəstəxanasına çatdırır. Xəstəxanaya çatan zaman prezident hələ də sağ idi, lakin həkimlərin bütün səylərinə baxmayaraq, saat 13:00-da dünyasını dəyişib.

 

İlk şübhəli

Kennedinin öldürülməsinə görə həbs olunan 24 yaşlı keçmiş dəniz piyadası Li Harvi Osvald

 

Atəşdən bir qədər sonra kitab deposundan 24 yaşlı Li Harvi Osvald çıxır. O, çox rahat halda,  ümumi fondan heç bir şəkildə fərqlənmir və buna görə də diqqəti cəlb etmir. Osvald evə qayıdır,  lakin orada çox qalmır.  O, bir qədər sonra evdən çıxarkən polis Cey Tippit onu çağırır hansı ki, daha sonra Osvald onu tapança ilə vurur.

Artıq saat 14.00 radələrində biletsiz girib filmə baxan zaman Osvald kinoteatrda polis tərəfindən saxlanılır. Noyabrın 22-də axşam ona rəsmi ittiham irəli sürülür. Osvald həbsxanada çox qalmır. Noyabrın 24-də saat 11:20-də Osvaldı polis bölməsindən dustaqlar üçün nəzərdə tutulan “avtozek”ə aparılarkən gecə klubu sahibi olan Cek Rubi Osvaldı güllələyərək öldürməyə macal tapır.

Lee Harvey Oswaldın hərəkətləri haqqında ifadə verən şahidlərin yerlərini göstərən Oak Cliff ərazisinin (Dallas) xəritəsi. Bu ərazidə Osvald həbs cəhdi zamanı Tippit polisini öldürüb.

 

Qeyri-adekvat marksist

Formal olaraq, ABŞ qanunlarına görə, mərhum mühakimə edilə bilməz, lakin Kennedinin ölümünü araşdıran hökumət Uorren Komissiyası onu açıq şəkildə qatil adlandırır. Bunun üçün tutarlı səbəblər var idi. Yeni Orleandan olan  bir ailədən böyümüş Osvald erkən yaşlarından əsəbi və çox balanslı olmayan birsi idi. Gəncliyində marksizmlə maraqlanan Osvald 16 yaşında Amerika Sosialist Partiyasına, 17 yaşında isə ABŞ Dəniz Piyadaları Korpusuna daxil olur.

Li Harvi Osvald

 

Xidmət etdiyi müddətdə o, üç dəfə hərbi məhkəməyə çıxarılıb,  eyni zamanda da  özünü yaxşı atıcı kimi də göstərə bilmişdi. Kommunist ideologiyası ilə idarə olunan Osvald daha sonralar rus dilini öyrənir,  pul yığır və 1959-cu ildə, yaşı hələ 20-dən az olarkən Sovet İttifaqına mühacirət edə bilir. SSRİ-də Minskdə yaşayarkən, Qorizont radio zavodunda işləyir. Maraqlıdır fakt da odur ki, onun həyat müəllimi və rus dili müəllimi müstəqil Belarusun gələcək ilk prezidenti Stanislav Şuşkeviç olur.

 

Kuba izi

Sovet İttifaqındakı həyat keçmiş dəniz piyadası üçün tez darıxdırıcı olur və artıq 1962-ci ilin iyununda gənc həyat yoldaşı ilə birlikdə Osvald ABŞ-a qayıtdır və Dallasda məskunlaşır. Orada yerli sosialistlər və Kuba hökmdarı Fidel Kastronun pərəstişkarları ilə dostluq edir. Sui-qəsd cəhdindən iki ay əvvəl Osvald hətta Meksikaya gedir, MKİ-nin məlumatına görə burada o, Sovet və Kuba səfirliklərinə baş çəkir və amerikalıların sui-qəsd və təxribat üzrə mütəxəssis hesab etdiyi KQB zabitləri ilə əlaqələr qurur.

 

İstefada olan DTK polkovniki Oleq Neçiporenko Kennedinin öldürülməsindən iki ay əvvəl Osvaldla görüşdüyünü təsdiqləyir, lakin keçmiş dəniz piyadasını “qeyri-sabit psixikalı, bəzi hallarda isterika təzahürləri olan nevrotik xarakterli” və buna görə də işə üçün maraqsız bir insan kimi xarakterizə edir. Soyuq Müharibə dövründə qarşıdurmanın intensivliyini və Osvaldın kommunistlərlə əlaqələrini nəzərə alsaq, Sovet İttifaqının Kennedinin qətlində iştirakı versiyası açıq şəkildə səbəb ola bilərdi. Lakin CIA buna ciddi dəlil tapa bilmir.

 

Təkzibedilməz dəlillər

Kennedinin öldürülməsində sovet faktoru ilə bağlı versiya yalnız təsdiqlənməmişqalırsa amma Osvaldın günahının olması haqda çoxlu sübutları var. Atışmadan qısa müddət sonra hadisə yerinə gələn polis prinsipcə Sovet Mosin tüfənginə bənzəyən İtalyan Carcano tüfəngi tapır.

Polis Kennedini vurmaq üçün istifadə edilən tüfəngi ictimaiyyətə göstərir.

 

Sonradan məlum oldu ki, bu tüfəngi məhz Osvald alıb. Üzərində isə  onun əl izləri yanaşı köynəyin lifləri tüfəngin üzərində olan liflərlə eyni idi,  prezidentə dəyən güllələr isə buradan bu silahdan atılmışdı. Beləliklə sui-qəsd tamamlamağa  lakin eyni zamanda etibarlılığına şübhə etmək üçün də yer var idi.

 

Həm FTB, həm də jurnalistlər tərəfindən həyata keçirilən sonrakı sınaqlarda bütün atıcılara ayrılan qısa müddət ərzində tələb olunan məsafədən və yüksək dəqiqliklə üç atəşi heç bir atıcı yerinə yetirə  bilməyib. Bu daha da maraqlıdır, çünki Osvald özü yaxşı atıcı idi amma heç də parlaq atıcı hesab edilmirdi. Öz növbəsində, bu hallar əslində daha çox qatilin olduğu və əsl qatillərin qaça bildiyi ehtimalını doğruldur.

 

Əlverişsiz bir həqiqət

Jaklin Kennedi 25 noyabr 1963-cü ildə dəfn mərasiminə rəhbərlik edir. Onun yanında mərhum prezidentin qardaşları Robert və Ted Kennedi gəzir.

 

Kennedinin öldürülməsini araşdırmaq üçün ABŞ-da Ali Məhkəmənin sədri Erl Uorrenin başçılığı ilə xüsusi komissiya yaradılır. FTB bütün istintaq hərəkətlərini öz üzərinə götürdür. On aylıq işdən sonra komissiya Kennedinin öldürülməsi ilə bağlı hesabat təqdim etdir. Beləliklə belə nəticəyə gəlinir ki, Li Harvi Osvald yeganə qatil olub və ortaqları olmayıb. Komissiya sui-qəsd nəzəriyyəçilərinin dediyi kimi,

bir və ya sehrli güllə adlandırılan nəzəriyyəni də təsdiqləyir.

Məsələ burasındadır ki, ilk güllə Kennedinin kürəyinə dəyib boynundan çıxandan sonra onun qarşısında oturan Qubernator Konelliyə də dəyib. Güllə onun sağ çiynindən girib, döş qəfəsinin sağ tərəfindən çıxıb və yenidən sol qoluna daxil olub. Kabrioletdə oturacaqların ön və arxa cərgələri arasında hündürlük fərqli idi; Kennedi ön sərnişindən hündürdə idi; üstəlik, atış zamanı qubernator yarı prezidentə tərəf çevrilmişdi ki, bu da qəribə trayektoriyanı izah edir. İlk baxışdan Uorren Komissiyasının işinin nəticələri cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Rəsmi məlumatların etibarlılığı ilə bağlı tənqidlər və şübhələr yaranır.

Kubalıların izi ilə və CİA

Fransada bir ailə 25 noyabr 1963-cü ildə Kennedinin dəfn mərasiminin verilişini izləmək üçün televiziya qarşısına toplaşır. Televizor Amerikanın mərhum prezidentinin portretləri ilə bəzədilib.

 

1966-cı ildə Yeni Orlean prokuroru Cim Qarrison sui-qəsdin mövcud fotoşəkillərinə və videolarına əsaslanaraq Kennedinin qətli ilə bağlı öz araşdırmasına başlayır. O hesab edirdi ki, prezidentə sui-qəsd planı MKİ-nin ayrı-ayrı əməkdaşları və kubalı sürgünlərdən ibarət Kastro əleyhinə təxribat qrupları tərəfindən təşkil edilib. Səbəb SSRİ ilə qarşıdurmaya son qoymağa çalışan və Kastronu devirmək üçün bir daha cəhd etməyən Kennedi administrasiyasının kursu ola bilərdi.

Qarrison üç atıcı olduğuna iddia edirdi. Onun iddiasına əsasən pilot David Ferry və bankir Clay Şav əsas şübhəlilər idilər. Bu araşdırma ilə bağlı məlumat açıqlandıqdan bir neçə gün sonra Ferri müəmmalı şəkildə ölür. Qarrison iki illik dinləmələr ərzində Şavın günahını məhkəmədə sübut edə bilmir; Nümayəndələr Palatasının komitəsi tərəfindən onun araşdırma üsulları “şübhəli” adlandırılır.

CIA və FBI üçün suallar

14 yanvar 1964-cü il. Jaklin Kennedi baş prokuror Robert Kennedinin ofisinə baş çəkib və burada ərinin öldürülməsindən sonra ilk açıq bəyanatını verir.  Keçmiş birinci xanım 800 minə yaxın başsağlığı məktubu aldığını və bunların hamısının Kennedi Memorialında yerləşdiriləcəyini söyləyir.

 

ABŞ-da zaman-zaman Kennedinin qətlinin araşdırılması mövzusu gündəm olur. Məsələ burasındadır ki, dərc olunmuş rəy sorğularına görə, ABŞ sakinlərinin 70 faizi qətlin rəsmi versiyasına inanmır, 61 faizi isə Osvaldın təkbaşına hərəkət etmədiyinə inanır. Prezident Kennedinin həqiqətən də Amerika elitası arasında xeyli sayda Kennedinin sevməyənlər var idi. Ələlxsus da mafiya onun cinayətə qarşı sərt mübarizəsini bəyənmirdi. Eyni zamanda onun xarici siyasət kursunu  kəşfiyyat xidmətlərindəki bəzi qüvvələrə bəyənmirdilər . ABŞ Xüsusi xidmət orqanlarının arxivləri açılmadan  Kennedinin qətlinin mənzərəsini müəyyən etmək çətindir.

 

Amerikalı konqresmen Stiv Koen hesab edir ki, kəşfiyyat agentlikləri digər məsələlərlə yanaşı, arxiv sənədlərinin dərcini ləngitməyə çalışır, çünki yerdə qalan fayllar MKİ, FTB və digər qurumların səriştəsizliyini və ya qanunsuzluğunu göstərə bilər. Yəqin ki, Kennedini müdafiə etməli və ya Osvalda nəzarət etməli olanların səhv hesablamalarını və çatışmazlıqlarını gizlətmək istəyi sui-qəsd nəzəriyyələrinin yeni dalğalarını yaradan əsas amilə çevrilir.

 

Mənbə: lenta.ru

Tərcümə etdi:

Vüqar Məmmedağayev

Tacxeber.com

Oxşar xəbərlər