Antarktida tarixində ilk dəfə ən böyük təyyarə eniş edə bildi. Dünya Planet 25 Noyabr 2023 13:42 148 Norveçin Norse Atlantic Airways aviadaşıyıcısına məxsus Boeing 787 Dreamliner təyyarəsi Antarktidada eniş edib. Bu barədə USA Today yazır. Bu haqda Tacxeber.com USA Today-ə istinadən xəbər verir. Nəşrin məlumatına görə, təyyarələr vaxtaşırı qitədəki obyektlərə enir. Halbuki bu böyüklükdə təyyarə indiyə qədər Antarktidaya enməmişdi. Jurnalistlərin bildirdiyinə görə, uçuş-enmə zolağı buz və qardan ibarət olub. Noyabrın 13-də Oslodan havaya qalxan təyyarə Keytaun şəhərinə eniş edib. Bundan sonra layner Antarktidaya yollanıb. Təyyarədə Norveç Qütb İnstitutunun tədqiqatçıları da daxil olmaqla 45 sərnişin olub. Bundan əlavə, təyyarə 12 ton müxtəlif avadanlıq çatdırıb. Xatırladaq ki, Boeing 787 Dreamliner təyyarəsi 330 sərnişini qəbul edə bilir. Tacxeber.com