• 20 Sentyabr 2024 21:43

“Bunu efirdən eşidən deyəcək ki…” – Xalq yazıçısından təpki

“Bunu efirdən eşidən deyəcək ki...” – Xalq yazıçısından təpki

Bəzi adamlar mənim haqqımda deyir ki, Çingiz Abdullayev azərbaycanca bilmir. Əgər bilmirəmsə, 35 ildir necə fəaliyyət göstərirəm?!”

Tacxeber.com xəbər verir ki, bu sözləri xalq yazıçısı Çingiz Abdullayev Youtube sosial platformasında yayımlanan “Kulis Talk Show” verilişində bildirib.

Aparıcı Kübra Məhərrəmovanın onun yazdığı əsərlər barədə səsləndirdiyi fikirlərə Xalq yazıçısı belə cavab verib:

“ATV kanalını mən yox, Yazıçılar Birliyinin hüquqşünası məhkəməyə verib. Mən heç məhkəməyə verməzdim də, ancaq son illər ərzində xalq yazıçılarına, Azərbaycan Yazıçılar Birliyinə (AYB), katiblərə çoxlu hücumlar olur. Axı bu fikirlər bütün dünyaya yayılır.

Pis, ya da yaxşı, əsərlərim 34 dilə tərcümə olunub. Mən 5 universitetin fəxri doktoru, neçə ölkənin fəxri vətəndaşıyam, neçə ölkə mənə orden verib. Ay qız, bəs bunu deyəndə deməyəcəklər ki, bunların birinci katibi, Xalq yazıçısı zir-zibil yazır?

Azərbaycanda cəmi 8 Xalq yazıçısı, 4 Xalq şairi var. 8 adamdan 3-ü rus dilində yazır: Natiq Rəsulzadə, Elmira Axundova, Çingiz Abdullayev. Çox adam bunu bilmir. Mən indi gedim axmaqlara nə deyim?

Bəziləri deyir ki, Çingiz Abdullayev Azərbaycan dilində danışa bilmir. Bəs mən bilməyə-bilməyə 35 il necə işləyirəm? Mən uzun müddət bu barədə deyilənlərə fikir verməmişəm. Ancaq bunu efirdə deyəndə bir neçə səviyyəsiz adamlar baxıb, xalq yazıçılarımıza söz deyir”.

Tacxeber.com

Oxşar xəbərlər