Ermənistan Rusiyadan milyonlarla dollarını hələ də geri ala bilmir.
Tacxeber.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 24-də canlı yayımda vətəndaşların video-suallarını cavablandırarkən deyib.
“Bəli, Ermənistanın Rusiyaya silah üçün milyonlarla dollar ödədiyi, lakin onu geri ala bilməmək kimi bir problemi var”, – Paşinyan bildirib.
Paşinyan deyib ki, hazırda bu problemi hansı mexanizmlərin həll edilə biləcəyi ilə bağlı müzakirələr gedir.
“Çünki bu gün Rusiyanın özünün də silaha ehtiyacı var və biz bu məsələ üzərində işləyirik. Ümid edirəm ki, bu müzakirələr konkret nəticələrə gətirib çıxaracaq”, – baş nazir vurğulayıb.