• 28 Noyabr 2024 09:42

“Pişik Günel”: “Meral Konrat nankordur” – Video

“Pişik Günel”: “Meral Konrat nankordur” - Video

“Mən Meral Konratı özümə əsla düşmən görmürəm. Məni özünə düşmə görməsi ola bilər? Axı bizim bir düşmənimiz var”.

Tacxeber.com Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri “Pişik” ləqəbli müğənni Günel Ələkbərova deyib.

O, Meral Konratla aralarında yaranan küsülülükdən söz açıb:

“Meral Konrat nankor insandır. Məndən istifadə edən insanları sevmirəm. Heç vaxt kimin haqqında nələrsə danışmıram. Özü burada olmayan insan haqda da danışmaq istəmirəm və heç mənə də yaraşmaz. Çünki o xanım yaşca məndən böyükdür”.

“Pişik Günel” aktrisa ilə tanışlığından da bəhs edib:

“Bu haqda isə heç zaman heç yerdə danışmamışam. Mənim Meral xanımla tanlığım çox illər bundan əvvəl olub. “Təhminə və Zaur” filmindən 15 il sonra yəni 2006-ci illərdə… O zamanlar mən Türkiyədə idim. Elə oldu ki, iftar süfrəsinə dəvət etdilər. Orada isə məşhurlar vardı. Meral xanım da həmin məclisdə idi.

Onlar bildilər ki, Azərbaycandan gəlmişəm. Onlarda mənə qarşı maraq oyandı. Amma Meral Konratı tanımamışdım. Çünki estetik əməliyyatlarla tanınmaz halda idi. Estetik etdirdiyini hərçənd nə qədər də boynundan atsa da… Bu xanım bildi ki, mən Azərbaycandan gəlmişəm və başladı ölkəmiz haqda danışmağa. Söylədi ki, film çəkilən illərdə Azərbaycanda olanda qaldığı otel bərbad idi, royalı açmışdı içindən böcək çıxmışdı, çörək almaq üçün növbə gözləyirdilər kimi şeylər danışdı. Mən də bir azərbaycanlı olaraq dedim ki, Meral xanım düz danışmır.

Biz necə kasıb ola bilərik ki, biz neft ölkəsiyik. Ondan sonra öz nömrəmi də verdim Meral xanıma ki, nə zaman istəsəniz gəlin Bakıya mənimlə də əlaqə saxlayın. Elə oldu ki, Meral xanım bayramlarda zəng vurub “Günel, sənin üçün çox darıxmışam” deyib Bakıya gəlirdi. Məndə onun qulluğunda dururdum. Amma təbii ki, insan elədiyi yaxşı şeyləri deməz”.

Tacxeber.com

Oxşar xəbərlər