Canlı efirdə yad kişilərlə yazışdığını etiraf edən 3 uşaq anası ekspertləri qəzəbləndirib.
Tacxeber.com xəbər verir ki, hadisə Xəzər telekanalında yayımlanan “Təsir dairəsi” proqramında baş verib.
Belə ki, həyat yoldaşı olmasına baxmayaraq, yad kişilərlə telefonla danışdığını açıqlayan hicablı qadın hər kəsi təəccübləndirib:
“Bəli, telefonla başqaları ilə danışmışam, yazışmışam. Amma ömür boyu halalım olmayan biri mənə barmağının ucu ilə belə toxuna bilməz. Mən həyat yoldaşımı sevirdim, amma mənimlə kobud davranırdı”.
Bu fikirlər verilişin aparıcısı Lalə Azərtaşı özündən çıxarıb. O, qadını tənqid atəşinə tutub:
“Ay üç uşaq anası, sənin dediyin “haram olan kimsə mənə toxuna bilməz” sözünü alqışlayıram. Bu alqışlar sənədir. Amma 3 oğul anası telefonla necə yazışa bilər? evli qadın başqaları ilə necə danışa bilər? Sən nə danışırsan?!”