Körpənizin nə istədiyini anlamır və ağlamağını dayandıra bilmirsiniz?
Tacxeber.com körpənizin əsəbiləşməsinə səbəb olacaq hərəkətlərin siyahısını təqdim edir:
Yeməyi rədd etmə
Körpənizə yemək yedizdirməkdə çətinlik çəkirsiniz və ona israrla yemək yedirtmək istəyirsiz? Cavabınız “Bəli” olacaqsa, diqqətlə oxuyun.
Körpənizin ac olmağını siz düşünürsüz, o an tox ola bilər. Uşaq yemək istəmirsə, israr edərək onu əsəbiləşdirməyin. Belə anlarda körpənin diqqətini yayındırın və bir az zaman keçdikdən sonra yedizdirməyə cəhd edin.
Yeriməyə başlayanda onu həvəsləndirin
Körpəniz ilk addımları atdıqda tez-tez yıxılacaq. Onu motivasiya edin. Qəfl reaksiyalar verməyin. O yıxılarkən üz ifadənizi qoruyun, kəskin reaksiya verməyin və onu növbəti addım atmaq üçün həvəsləndirin.
Dərhal “Olmaz” deməyin
Körpəniz yemək yeyərkən çəngəli, ya da oyuncaqlarını yerə ata bilər. Bu cür vəziyyətlərdə “Olmaz” demək körpənizi daha da inadlaşdıracaq. Bunun yerinə yerə atdığı obyekti yerdən qaldırmayın və onu başqa şeylərlə əyləndirməyə çalışın. Bir müddət sonra bu vərdişindən imtina edəcək.
Özünü ifadə edə bilmirsə
Körpələr ilk danışmağa başladıqları zaman söz ehtiyatı az olur və düzgün cümlə qurmaya bilər. Bu vəziyyətdə onlara lağ etməyin və cümlələri tamamlamasına kömək edin.
Hər kəsin qucağına almasına icazə verməyin
Körpələr 6-7 aylıq olanda ana-atasını digər insanlardan seçməyi bilir. Sizin üçün yaxın olan digər ailə üzvləri körpəniz üçün yad adam sayıldığından özlərini köməksiz, təhlükədə hiss edə bilərlər. Bu vəziyyətlərdə körpənizin qorxu yaşamaması üçün başqasının qucağına getmək istəmədikdə israr etməyin.