• 24 Noyabr 2024 21:39

HƏMAS dini liderlərə yəhudilərə maksimum əzab verməklə bağlı döyüşçülərə mühazirə oxumağı tapşırıb

 

Radikal HƏMAS hərəkatının rəhbərləri dini liderlərə yəhudilərə maksimum əzab verməklə bağlı döyüşçülərə mühazirə oxumağı tapşırıblar.

Məlumata görə, ələ keçirilən HƏMAS döyüşçüləri İsrail hərbi kəşfiyyatının müstəntiqlərinə bildiriblər ki, dini liderlər hücum edənlərə qarşılaşdıqları yəhudilərə maksimum ağrı və hədsiz əzab verməyi öyrədirlər.

“Həmas liderləri onları seçib, psixoloji cəhətdən hazırlayıb və yəhudiləri dehumanizasiya etmək beyinlərinə yeridilib və bu, aylarla edilib”, – deyə “Mossad”ın keçmiş xarici kəşfiyyat rəhbəri Tamir Pardo deyib.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə söhbət edib və o, Qəzza zolağında mövcud dördgünlük atəşkəsin uzadılmasının mümkünlüyünü etiraf edib. Bu yolla daha çox girov azadlığa çıxa bilər.

Tacxeber.com

Oxşar xəbərlər