• 24 Noyabr 2024 17:29

Kim Çen Inın ölkəsi sürətlə keçəlləşir – Olayın ardındakı qorxunc səbəb

Şimali Koreyada kütləvi keçəlləşmə müşahidə olunur. Mütəxəssislər Kim Çen Inın xalqında saç tökülməsinin bir neçə səbəbdən qaynaqlandığını deyirlər. Bunlardan biri rejimin tələbləri və Şimali Koreyanın orta təbəqəsinin əksəriyyətinin yaşadığı yoxsulluq səbəbindən onilliklər boyu geyindiyi dəyişməz hərbi papaqlardır.

Bu barədə RFA Cənubi Koreya mənbələrinə istinadla yazır.

Mütəxəssislər bu fenomenin dərinin zədələnməsinə və saç tökülməsinə səbəb olan infeksiyalarla əlaqəli olduğunu söyləyirlər. Şimali Koreya əhalisinin əksəriyyəti sərt sabunlar və yuyucu toz kimi ucuz gigiyena vasitələrindən istifadə etdiyi üçün bu məhsulların kimyəvi tərkibi problemi daha da artırır.

Kim Çen Inın ölkəsinin kosmetika və əczaçılıq bazarı yüksək keyfiyyətli dəri və saça qulluq məhsulları tapmağa imkan vermir. Əsasən, Şimali Koreya bu cür problemlərin öhdəsindən “Şərq təbabəti” deyilən ucuz yolla gəlməyə çalışır. Amma bu, insanların durumunu daha da pisləşdirir.

Bu iddiaları Cənubi Koreyaya qaçıb Seul Universitetində iş tapmağı bacaran Şimali Koreyadan olan keçmiş həkim Çxve Çon-hun gündəmə gətirib.

Bəzi mütəxəssislər Şimali Koreya sakinlərində keçəllik probleminin olmasının daha maraqlı səbəbinə diqqət çəkirlər. Bu, bütün əmək qabiliyyətli Şimali Koreya kişilərinin orduda 10 illik xidmət dövründə taxmalarının tələb olunduğu hərbi papaqlarla bağlıdır.

Davamlı olaraq eyni hərbi papaqların taxılması başda bakteriyaların yığılmasına və məsamələrin tıxanmasına səbəb olur. Nəticədə bu, saçların incəlməsinə və zədələnməsinə səbəb olur. Beləliklə, koreyalıların keçəlliyinin mümkün səbəblərindən biri adlandırılan bu “on illik papaqlar”dır. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər