Meyxanaçı Rövşən Binəqədili son hərəkəti ilə gündəmə gəlib.
Tacxeber.com xəbər verir ki, məclislərin birində məşhur “Can gedirik almağa” mahnısını səsləndirən ifaçını qonaqlar boynuna çıxarıb.
Məclisdən olan həmin görüntüləri meyxanaçı özü “TikTok” hesabında paylaşıb.
Onun bu görüntüləri sosial şəbəkə iustifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və söz ustadının bu addımı tənqid edilib.
Qeyd edək ki, Rövşən Binəqədili Vətən Müharibəsi dövründə sosial şəbəkələrdə trendə çevrilmiş “Can gedirik almağa” mahnısını tez-tez qonaq olduğu məclislərdə səsləndirir.
Binəqədili sözügedən mahnını Tovuz döyüşləri zamanı yazıldığını, amma Vətən Müharibəsində trendə çevrildiyini bildirmişdi.