• 20 Sentyabr 2024 10:36

On yaşlı qızın imtahan sualına yazdığı cavab hamını HEYRAN QOYDU – FOTO

10 yaşlı Ritm Paçeko adlı qız məktəbin riyaziyyat imtahanında testi cavabsız qoyub.

Qızcığazın cavabı sosial mediada gündəm olub. Müəllim qızın cavabını sosial mediada paylaşaraq, şagirdini tərifləyib.

Məsələdə şagirdlərdən qadınların çəkilərini müqayisə etməsi istənilib (İzabelin Suedən nə qədər kök olduğunu müəyyən etmək lazımdır).

Ritm isə bu sualı cavablamayıb. Səbəbini isə qeydində müəlliminə belə izah edib:

“Bu, çox təhqiramizdir. Bağışlayın, mən bu kobudluğa toxunmayacağam. Kobudluq eləmək istəmirəm, amma bu tapşırığın təsviri heç də yaxşı deyil. Çünki bu, qadınların çəkisinə aiddir. Uyğun olmadığını düşündüyüm üçün testi cavabsız qoydum. Hörmətlə, Ritm”.

Ritmin valideynləri qızlarının davranışından məmnun qaldıqlarını bildiriblər:  

“Adətən bu cür ayrıseçkiliklər qız uşaqlarında özlərinə qarşı inamsızlıq formalaşdırır. Ona görə də qızımızın bu mövzuya həssaslığı bizim üçün fəxrdir”.

Müəllimi də Ritmin həssaslığını, bu mövzuda ehtiyatlı davranmasını möhtəşəm adlandırıb. O, balaca qızcığazın öz mövqeyini nümayiş etdirməsini çox xoş qəbul etdiyini bildirib.

Facebook istifadəçiləri də uşağı cəsarətinə görə tərifləyiblər:

“Bu yaşda nə qədər güclü insansan. Bu cəsarət sənə bütün həyatən boyu lazım olacaq”, “70-ci illərdə artıq çəki ilə böyümüş biri kimi deyə bilərəm ki, bu mövzuda çox qısnamalara məruz qalmışam”, “Çox sağ ol, hamı kimi susmadığın üçün” (Sfera)

Tacxeber.com

Oxşar xəbərlər