Öskürəyin və qızdırmanın qarşısını təbii yolla almaq üçün xalq təbabətində müxtəlif məlhəmlər, çarələr var.
Bunlardan biri də əncirdən istifadə edərək öskürəyin qarşısını almaq və qızdırmanı aşağı salmaqla bağlıdır.
Əncirlə südün birlikdə qarışımından alınan ləziz qida orqanizmi zəngin vitaminlərlə təmin etməkdən əlavə qəbizlik, öskürək, boğaz ağrısı kimi bir çox xəstəliklərin də qarşısını alır.
Tacxeber.com öskürəyi əncirlə sağaltmağın yolundan yazacaq.
4 ədəd quru ənciri 1 stəkan qaynar südün içinə atıb, 20 dəqiqə saxlayın. Bu kürdən gündə 4 dəfə isti halda içmək öskürəyin qarşısını alır.
Ümumiyyətlə əncir tərkibindəki vitaminlər sayəsində sinəni yumşaldaraq soyuqdəymə zamanı yaranan problemləri aradan qaldırır. Bronxit və öskürək kimi sağlamlıq problemlərində, bəlğəmli öskürək zamanı çox faydalıdır.
Əncirli süd qarışımı boğaz ağrısının da birəbir dərmanıdır:
2-3 ədəd əncir qurusunu 2 çay qaşığı balla birlikdə isti suda qarışdırın. Çay əvəzinə gündə 2 dəfə bu qarışımı hazırlayıb içmək boğaz ağrısının təbii dərmanıdır.
Əgər siz ağartı məhsullarından istifadə edə bilmirsizsə, süd içə bilmirsinizsə, qurudulmuş əncir yeyin. Onların tərkibindəki vitaminlər orqanizmi, kalsium, fosforla təmin edir. Gün ərzində 3 ədəd quru əncir yemək tövsiyə edilir.
Yüksək temperaturu aşağı salmaq üçün
2 xörək qaşığı quru ənciri 1 stəkan qaynar suya və ya südə qatıb içmək isə hərarəti aşağı salır.