• 20 Sentyabr 2024 10:45

“Qarabağ” azarkeşlərə müraciət etdi

“Qarabağ” “Molde”yə qarşı Norveçdə keçiriləcək oyunda komandanı dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.

Bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Qeyd edilin ki, UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Molde” (Norveç) – “Qarabağ” matçında Ağdam təmsilçisinə 737 ədəd bilet ayrılıb. Biletlər oyun günü – noyabrın 30-u yerli vaxtla saat 19:00-dan etibarən “Molde” stadionunun K sektorunun qarşısında satılacaq.

Biletin qiyməti: 400 Norveç kronu (təqribən 17,05 avro) təşkil edir. Bilet almaq istəyən şəxslərdən özləri ilə şəxsiyyəti təsdiq edən sənəd götürmək tələb olunur.

Tacxeber.com

Oxşar xəbərlər