• 24 Noyabr 2024 13:22

Şəhid anası ağlaya-ağlaya zəng edib ki… – Biabırçı paylaşım

 

“Səhər tezdən şəhid Niyaminin anası Zəminə Məhərrəmova ağlaya-ağlaya zəng edib ki, bəs o üstü yazılı “1 manatı paylaşıb yanına da Niyaminin şəklini yapışdırırlar ki, guya pul bunun olub. Məqsədləri nədir, niyə bizi belə diri-diri öldürürlər?”

Tacxeber.com xəbər verir ki, bunu “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev bildirib.

“Bu nəyin ləzzətidi yaşayırsız? Ay xəstələr, əvvəla pulun üstündə Niyam yazılıb ki, Vətən müharibəsində Niyam adlı şəhidimiz yoxdur. Niyamin (1 nəfər) və Niyaməddinlər (4-5 nəfər) olub. İndi bu hansı şərəfsizlikdir ki, bu valideynləri belə narahat edirsiniz?”, – deyə o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər