• 20 Sentyabr 2024 17:24

Aytən Səfərova: “Xala və bibilər gəlindən soruşur: “Bi şey-mi şey var?” – VİDEO

Aytən Səfərova: “Xala və bibilər gəlindən soruşur: “Bi şey-mi şey var?” - VİDEO

“Toy olur və 3 gündən sonra gəlin üzə çıxır. Xalalardan və bibilərdən biri gəlinə sual verir ki, “”Bi şey-mi şey” var?” (hamilə qalmaq nəzərdə tutur – red.) Hamının ətrafında gəlinə bu sualı verəcək bir qohumu var”. 

Tacxeber.com Bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Aytən Səfərova aparıcısı olduğu “Xəbər ertəsi” verilişində deyib.

O, yenicə ailə quran gəlinlərin hamiləliklə bağlı təzyiqlərə məruz qaldığını bildirib:

“O sualı verən xala və bibi üçün fərqi yoxdur, necə yaşayırsan, kimə ərə getmisən və ya cehizində nələr çatmır. Ona ən çox lazımdır, sual verib öyrənsin ki, “”Bi şey-mi şey” var, yoxsa yoxdur?” Onlar daha sonra gəlinin anasına sual verirlər ki, “Sənin qızında “”Bi şey-mi şey” var?” 2 ay keçir və artıq qayınanaya başlanılır psixoloji təzyiq.

Bir ildən sonra fizioloji olaraq bu, normaldır, yəni “Bi şey-mi şey” olmaya bilər. 3-4 ay keçməmiş cavan və yeni ailə qurmuş qızı, gəlini daşıyırlar (aparırlar – red.) xəstəxanalara. Bəlkə də artıq alınacaqdı (hamilə qalmaq nəzərdə tutur – red.). “Bi şey-mi şey”in prosesi başlayacaqdı. Amma həkimə aparıb iynə vurdurub, dərman içizdirirlər”.

Tacxeber.com

Oxşar xəbərlər