• 23 Noyabr 2024 07:25

Messinin evinə dava-şava salan xanım jurnalist kimdir? – ŞOK FOTOLAR

Lionel Messi ətrafında qalmaqal yaşanır. Argentinalı superulduz həyat yoldaşı Antonella Rokkutsonu aldatmaqda şübhəli bilinir.

Cümə günü, noyabrın 24-də Braziliyanın “Direto Do Miolo” nəşri Messi və Rokkutsonun 15 illik evliliklərində ilk dəfə böyük böhran yaşadıqlarını bildirib. Şayiələrə görə, mübahisənin səbəbi braziliyalı jurnalist Sofia Martines olub. Lionelin onunla münasibətdə olduğu iddia olunur.

 

İki ispan mənbəsi – “Telecinco” və “Los 40”-a görə, Messinin mümkün xəyanəti səbəbindən Antonella evdə onunla üz-üzə gəlməmək üçün hər şey edir.

Noyabrın əvvəlindən Messi ailəsindəki potensial xəyanət müzakirə olunur. “Ballon d’Or” mərasimi zamanı Sofiya ilə Messi bir neçə dəfə utancaq baxışlar mübadiləsi aparıb. Azarkeşlər incə baxışlardan aydın bir nəticə çıxarıblar: “Messi ilə jurnalist arasında nəsə var”!

 

Sofia adı ilk dəfə deyil ki, Messi soyadının yanında media manşetlərinə çıxır. Argentinanın Xorvatiyaya qalib gəldiyi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının yarımfinal oyunundan (3:0) sonra jurnalist Leoya təriflər yağdırb.

“Bu sual deyil, amma bunu sizə demək istəyirəm. Dünya Kuboku finalı yaxınlaşır və təbii ki, hamımız kuboku qazanmaq istəyirik. Sadəcə sizə demək istəyirəm ki, finaldakı nəticədən asılı olmayaraq, heç kimin sizdən ala bilməyəcəyi bir şey var, o da argentinalıların hər biri ilə rezonans doğurmağınızdır. Ciddiyəm.

Bir uşaq yoxdur ki, əynində sizin köynəyiniz olmasın. İstər original, istərsə də saxta. Doğrudan da, hər kəsin həyatında iz qoymusunuz. Mənim üçün bu, istənilən dünya çempionatında qalib gəlməkdən daha vacibdir. Heç kim bunu səndən ala bilməz. Bu qədər insana bəxş etdiyin xoşbəxtliyə görə minnətdarlığımı bildirirəm” – deyə Martines Messiyə bildirib.

 

 Hadisələrdən sonra 30 yaşlı jurnalist mətbuata danışaraq Lionel ilə münasibəti ilə bağlı şayiələri tələsik təkzib edib. O, Messinin bir çox jurnalistlə yaxşı münasibətdə olduğunu və onların ünsiyyətinin “dostcasına fikir mübadiləsi”ndən ibarət olduğunu bildirib. “Məsələ ondadır ki, mən kişi jurnalist deyiləm, qadın jurnalistəm və insanların səhv başa düşməsinin yeganə səbəbi budur”, – deyə o bildirib.

Messinin yaxın dostu və keçmiş futbolçu Sesk Fabreqasın həyat yoldaşı Daniella Seman da Lionelin Sofiya ilə münasibəti ilə bağlı yayılan xəbərləri təkzib edib. “Yalandır! Heç bir həqiqət yoxdur”, – deyə sosial şəbəkə səhifəsində yazıb.

Heybət

Tacxeber.com

Oxşar xəbərlər