“Mən onu izləmirəm, güdmürəm. Fikir vermirəm, necə artistdir. Hərənin özünə görə artistliyi var. O da bir cür artistdir”.
Tacxeber.com xəbər verir ki, bunu Pərviz Bülbülə televiziya verilişlərinin birində ona ünvanlanan “Namiq Qaraçuxurlu necə artistdir” sualına cavab verərkən deyib.
“Gündəmdə olanlardan danışırsınız və onlardan xəbərim var. Bu ölkədə yaşayıram. Namiq Qaraçuxurlu gündəmdə olanda baxırıq. Özünüz də trend deyirsiniz, hansı ki, verilişə qonaq çağıranda daha çox tələbat kimədir onu çağırırsınız. Bazarın içində olanda okey, deyilsə, arxasınca düşmürəm”, – meyxanaçı deyib.
P.Bülbülə həmçinin “rəvayət niyə oxumursunuz” sualına gülərək bildirib ki, başına gələnləri rəvayət etmir.
Aparıcı isə meyxanaçının cavabına belə reaksiya verib: “Rəvayətlik deyil, yoxsa demək istəmirsiniz?”
“Deyiləsi deyil ki, demirəm də”, – Pərviz Bülbülə söyləyib.
Maraqlıdır ki, meyxanaçı həmçinin çıxışı zamanı rəvayətin gerçək olmadığını deyərək “nağıl” adlandırıb. Hərçənd rəvayət bir hadisə, əhvalat haqqında nəsillərdən nəsillərə ağızda dolaşan, mövzusu çox zaman fövqəladə xarakter daşıyan qısa hekayədir. Yəni baş verən hadisə haqqında danışılan anlayışdır.