• 23 Noyabr 2024 07:40

Ziya Məmmədovun qardaşına YENİ VƏZİFƏ VERİLDİ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təsərrüfat İşlərinin Təşkili Şöbəsinin müdiri Elton Məmmədov vəzifəsindən azad edilib. 

Tacxeber  Qaynarinfo-ya istinadən xəbər verir ki, Samir Hüseynov sözügedən şöbənin müdiri təyin olunub.

Elton Məmmədov isə yeni yaradılmış Sosial Xidmətlər Şöbəsinə müdir təyin edilib. Bununla bağlı AMEA-nın prezidenti İsa Həbibbəyli müvafiq əmr imzalayıb.

Qeyd edək ki, AMEA-nın İşlər İdarəsinin sabiq müdiri olan Elton Məmmədov həm də keçmiş deputatdır. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

Tacxeber.com

Oxşar xəbərlər