• 25 Noyabr 2024 21:33

“Bağımı və evimi satdım. Nə edə bilərdim?!” – Müğənni

 

Müğənni Aynur Dadaşova pandemiya dövründə mülklərini satmaq məcburiyyətində qaldığını bildirib.

Tacxeber.com xəbər verir ki, o, “Rəngarəng səhər” verilişində bu barədə danışıb:

“İnsan tək olanda hər şey çətin olur. Özü də xanım olanda daha çətin olur. Yenə kişi başqa işlərdə gedib çalışa bilir. Pandemiya dövrü mənim üçün çox çətin oldu.

O zaman heç kimdən kömək istəmədim. 35 ildir sənətdəyəm, heç kimdən də yardım istəməmişəm. Bunlara görə bağımı və evimi satdım. Bacım xəstə idi… Həkimlər söylədilər ki, onun qısa ömrü qalıb. Nə edə bilərdim?!”

Tacxeber.com

Oxşar xəbərlər