• 25 Noyabr 2024 14:39

“Əsgərliyə getməyənlər, fərarilər, pulla “neqodnı” alanlar…” – Elza daş-qalaq etdi

“Əsgərliyə getməyənlər, fərarilər, pulla “neqodnı” alanlar...” - Elza daş-qalaq etdi

Əməkdar artist Elza Seyidcahan sərt açıqlaması ilə gündəmə gəlib. 

Tacxeber.com xəbər verir ki, verilişlərin birində qonaq olan sənətçi bəzi həmkarlarını qınaq atəşinə tutub.

O, əsgərlikdən yayınan müğənnilərin əsgərlərin qarşısında konsert verməsini qınayıb:

gedib əsgərin qabağında oxuyanlar “Əsgərliyə getməyənlər, fərarilər, pulla “neqodnı” alanlara, bayraq tutanda mən utanıram! Onlar ümumiyyətlə, konsert verməyə getməsinlər! Əsgərlərin yanında konsert verməyə gedəndə soruşsunlar ki, sənin oğlun əsgər gedibmi? Çıxar hərbi biletini göstər, ondan sonra icazə verilsin. Mənim alnım açıq, üzüm ağdır. Mənim onların qarşısında oxumağa ixtiyarım var. Oğlum 2007-ci ildə Qusarda hərbi xidmətdə olub. Özü də o vaxt onlar odunun üstündə yatırdılar. Övladı əsgərlikdən yayınanlar, siz gedib əsgərlərin qabağında oxumayın! Biz sizə icazə vermirik!”

Həmin görüntüləri təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər