• 26 Noyabr 2024 04:41

Mərkəzi Nəbatat bağının 70 min manat su borcu var

 

“Azərsu-dan mənə bildirildi ki, AMEA-nın tabeliyindən çıxan Mərkəzi Nəbatat bağının 70 min manat su borcu var”.

Tacxeber.com “Report”a istinadən xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Akademiyanın bu gün keçirilən ümumi yığıncağında deyib.

Akademik onların tabeliyindən çıxan qurumların borcu üçün AMEA-ya məlumat verilməməsini istəyib.

Qeyd edək ki, Mərkəzi Nəbatət Bağı Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.

Tacxeber.com

Oxşar xəbərlər