• 26 Noyabr 2024 02:28

“Putin Nikolayev, Odessa və İzmail şəhərlərini ələ keçirməyi planlaşdırır” – Xersonun işğalçı rəhbəri

“Bu yaşayış məntəqələrinin itirilməsi Ukraynanı Qara dənizə çıxışından məhrum edəcək, Rusiya isə Dnestryanı ilə birləşərək Moldova ilə məşğul olacaq…”

Xersonun işğalçı rəhbəri Putinin planlarından danışıb

Rusiya lideri Vladimir Putinin tez-tez Ukrayna ilə danışıqlara hazır olduğu barədə çağırışlarına rəğmən, o, əldə etdikəri ilə, yəni Ukraynanın dörd vilayətinin qismən işğalı ilə kifayətlənmək fikrində deyil.

Bu barədə Xerson vilayətinin Kreml tərəfindən təyin edilən rəhbəri Vladimir Saldo “Vahid Rusiya” partiya nümayəndələrinin regional qurultayında danışıb.

“Biz Xersona dönməyimiz üçün hər şeyi edəcəyik. Mən cümə günü Ali Baş Komandanla, hərbçilərlə danışmışam, hamı qətiyyətli ovqatdadır. Biz öz torpağımızı azad edəcəyik”, – o, bəyan edib.

Saldonun sözlərinə görə, bundan sonra Putin Ukraynanın bir neçə cənub şəhərlərini, o cümlədən Nikolayev, Odessa və İzmail şəhərlərini ələ keçirməyi planlaşdırır.

Ötən ilin fevral ayında Saldo deyib ki, bu şəhərlər (sonuncudan başqa) 2023-cü ilin sonunadək Rusiyanın nəzarətinə keçəcək.

“Moscow Times” nəşri izah edir ki, bu yaşayış məntəqələri mühüm strateji əhəmiyyət kəsb edir, çünki onları itirəcəyi təqdirdə Ukrayna Qara dənizə çıxışından mərhum olacaq, Rusiya isə Dnestryanı ilə birləşərək Moldova ilə məşğul olacaq.

Qeyd edək ki, hələlik bu planların gerçəkləşməsi üçün heç bir zəmin yoxdur.

Bir çox analitiklərin fikrincə, müharibə dalana dirənib. Tərəflərdən heç biri cəbhə xəttin üstünlüyə malik deyil.

Bu zaman Rusiya ordusu inanılmaz itkilərə məruz qalır.

Britaniya kəşfiyyatının dəyərləndirməsinə görə, Avdeyevkanı ələ keçirmək cəhdləri səbəbindən noyabr ayı Rusiya hərbçiləri üçün ölümcül olub, gündəlik canlı qüvvə itkiləri orta hesabla 931 nəfər təşkil edib.

Bundan öncə mart ayında rusiyalılar Baxmutu mühasirəyə alanda gündəlik itkilər 776 nəfər təşkil edib. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər