• 29 Noyabr 2024 06:50

“Sülh müqaviləsindən sonra Bakıda yaşamaq üçün müraciət edəcəyəm” – Erməni deputat

“Sülh müqaviləsindən sonra Bakıda yaşamaq üçün müraciət edəcəyəm”  - Erməni deputat

Ermənistandakı hakim “Vətəndaş müqaviləsi” Partiyasının deputatı Vilen Qabrielyanın ötəngünkü çıxışı sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub. 

Tacxeber.com “Hraparak”a istinadla xəbər verir ki, 1983-cü ildə Bakıda anadan olan deputat dünən Ermənistan Milli Məclisində “Bakıda erməni tarixi-mədəni izləri” adlı sərginin keçirilməsi təşəbbüsü ilə çıxış edib.

O. vurğulayıb ki, təhlükəsizlik şərtləri Azərbaycan hakimiyyəti tərəfindən təmin edilərsə, sülh müqaviləsinin imzalanandan sonra Bakıda yaşamaq üçün müraciət edə bilər:

“Azərbaycan dəqiq təminat verməlidir ki, 100 min erməni doğulduğu yerə, Azərbaycan Respublikasına gedib yaşasın. Ermənistan da, şübhəsiz ki, istənilən başqa ölkənin vətəndaşlarının təhlükəsizliyinə təminat verməlidir”.

Jurnalistin bu məsələ ilə bağlı həlak olanların yaxınlarının fikrinin nəzərə alınması haqqında olan suala isə V. Qabrielyan belə cavab verib:

“Dünya yeni yaranmayıb, çoxlu dövlətlər var ki, bir-biri ilə müharibə edib, sonra sülh şəraitində yaşayıb, sonra yenidən müharibəyə başlayıb və s. Əlbəttə ki, müharibə faciəvi bir vəziyyətdir, lakin buna baxmayaraq, bütün bunlardan sonra belə icmalar bir-biri ilə barışmağa çalışmalıdırlar”.

Hakim partiyadan olan deputat hesab edir ki, qaçqınların geri qayıtması məsələsi hər iki tərəfdən müzakirə olunmalıdır.

Tacxeber.com

Oxşar xəbərlər