• 23 Noyabr 2024 00:08

Azərbaycanda güclü zəlzələ olacaq? – MÜHÜM AÇIQLAMA

Son günlər Azərbaycanda tez-tez kiçik maqnitudalı zəlzələlərin baş verməsi cəmiyyətdə müəyyən narahatlıq yaradıb. Dünən isə saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

Bir sözlə, cəmiyyətdə zəlzələ ilə bağlı qorxuya əsas varmı?

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Musavat.com-a açıqlamasında bildirib ki, cəmiyyətdə zəlzələlərlə bağlı qorxuya əsas yoxdur:

“Kiçik zəlzələlərin olması daha yaxşıdır, nəinki sakitlik olsun, orada güclü enerji toplantısı getsin və sonradan güclü zəlzələ baş versin. Yəni bloklar arasında dərinlik qırılması tektonik qırılmalarla bağlıdır, enerjilərin boşalması da daha yaxşıdır, nəinki sakitlik. Təlaşa ehtiyac yoxdur. Katastrofik zəlzələ ehtimalı yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər