– Görüntülər əsasında bir müəllim olaraq deyirəm ki, dəyərli ƏZİZ bəyin ailəsi valideyn mərkəzli deyil, uşaq mərkəzlidir;
– Bu ailələrdə sərt qanunlar olmur, sərt cəzalar tətbiq edilmir, valideyn övladını məmnun etməyə çalışır, uşağın özünü ifadə imkanı var, valideynini sevir, güvənir;
– Möhtərəm ƏZİZ bəy gözəl qızını çox sevir, ona vaxt ayırır, hədiyyələr alır, onunla oynayır;
– Əziz bəy cəsurdur, evinə qəfil gələn maskalı polisdən çəkinmir, sevdiyi qızından onu qırmadan necə ayrılacağını düşünür, sanki polis yoxmuş kimi davranır, onlara bir şey demir;
– Qızına ümid verərək, diqqətini yayındıraraq ayrılmaq istəyir, onun səviyyəsinə enərək yuxarıya – işığa doğru qaldırır, əlini işığa vurmasını istəyir, gülür, güldürür, opür, toxunur, gözəl sözlər deyir;
– Bunlar işə yaramayanda ənənəvi üsulundan istifadə edir, pul verir, alınmır, qızın atasını – güvənliyini itirmək qorxusu pulu unutdurur, qəzəbə səbəb olur- pulu deyil, Səni istəyəirəm, ATA;
– Ana Azərbaycan ailələrinin yanlış metodundan istifadə edir, uşağı aldadaraq onu atasından ayırmağa çalışır- atan həkimə gedir, gələcək;
– Bir müəllim kimi deyirəm ki, dünyanın ən çətin işi uşağı aldatmaqdır, belə vəziyyətdə ən doğru addım ümid və güvən verməkdir;
– Polislər də elementar qaydaları bilmirlər, qəsdən etmirlər, savad, anlayış, dünyagörüş yoxdur, otağı tərk edərək atanın qızından daha rahat ayrılmasına, atanın qürurunun qorunmasına şərait yarada bilərdilər;
– Əziz bəyin gözəl ? qızı çox qorxur, əlamətləri bunlardır, atasının düz qarşısında dayanır, yolunu kəsir, əsla getməsini istəmir, ona bütün bədəni ilə sarılır, qolundan tutur- məni özündən ayıra bilməzsən deyir, qəzəblidir, onu atasından- güvəndiyi dağdan ayırmaq istəyən hər kəsə, hər şeyə etiraz, nifrət edir, qorxur, polisə bir şey deyə bilmir, ancaq arxasını polisə çevirir, atası ilə onlar- qızın gözündə düşmənlər – arasına sədd çəkir, o, anasından çox atasına yaxındır, onu kimsəyə vermək istəmir, güvəninin yıxılmasından qorxur, bütün hərəkətləri ilə, öz dil və imkanları ilə haqsızlığa etiraz edir, ağlamır, küsmür, məhz etiraz edir, ağıllı uşaq olduğunu ortaya qoyur, atanı qızından ayırmağın zülm olduğunu göstərir;
– ALLAH Sizi sevgili qızınıza qovuşdursun, dəyərli ƏZİZ BƏY! ;
Siracəddin Hacı əllərinizə sağlıq, ürəyinizə sağlıq!”