“Çox mədəni və lazımi olan sözləri demişəm. Bu, milyonlarla insanın demək istədiyi sözlər idi. Danışmağa ixtiyarım var, təhqir etməmişəm, fikrimi söyləmişəm. İxtiyarım çatır söz deməyə. Məndən iki il əvvəl gəlib sənətə. Tam fərqimiz addadır. Ona dövlət tərəfindən ad verilib, mənə hələ yox”.
Bu sözləri müğənni Kərim Abbasov “Həmin Zaur” verilişində bir neçə gün əvvəl Xalq artisti Tünzalə Ağayeva haqda söylədiyi fikirlərə aydınlıq gətirərkən deyib. O, aparıcının “Bəs, üz-üzə gələndə nə deyəcəksən” sualına isə belə cavab verib:
“Hansı fikirdəyəmsə, onu deyəcəyəm. Əslində məclisə yarımsaatlıq müğənnilər gələndə biz öz otağımızda otururuq. Biri-birimizi görmürük. O bütöv toylara getmir. Onun üçün deyil. Gəlsin yarımsaatlıq fonoqramını oxusun və getsin.
Mənim xoşuma gəlmir ki, müğənni həmkarını alçaltsın. Sənətdə dostlarım var, onların üstünə gedəndə məndə aqressiya yaranır. Susa bilmirəm, cavab verməyə üstünlük verirəm. Hərənin öz dinləyicisi, sevəni var. Çıxıb demək ki, “Məndən yoxdur”, xeyr, elə deyil. Mənim onunla heç bir şəxsi qərəzliyim yoxdur. 20 illik sənət fəaliyyətimdə yalnız 2-3 dəfə məclislərdə üz-üzə gəlmişik”. (Axşam)