• 24 Noyabr 2024 04:05

Qadın üzü görməyən dahilər – MARAQLI

Araşdırmalara görə, abstinensiya (könüllü olaraq hər hansı bir şeydən imtinaetmə, nəfsini saxlama) hormonal və endokrin sistemə mənfi təsir göstərir və immun sistemini pozur. Bundan sonra artıq çəki problemi də yarana bilər. Həmçinin, dəri, saç və dırnaqlarda da xoşagəlməz vəziyyət yaranır. Kişilərdə uzun müddət abstinensiya ilə sperma istehsalı pisləşir, eyni zamanda, sonsuzluq və ya prostatit riski artır.

 

İnsan orqanizmi mürəkkəb olduğundan hər şey o qədər də sadə deyil. Kişilərin qadınlarla intim ünsiyyətdən şüurlu şəkildə imtina etməsi ilə bağlı yüzlərlə nümunə var. Onların xərclənməmiş cinsi enerjilərini yaradıcılıq və ya elmi kəşflər üçün saxlamaları yanlış addımdır. Bunun doğru olub-olmaması barədə alimlər müxtəlif fikirlər söyləyirlər. Bəziləri deyir ki, spermanın həddindən artıq olması kişinin dəli olmasına, ölməsinə və az qala partlamasına səbəb ola bilər. Buna etiraz edənlər də var. Onlar bunu İsaak Nyuton, Hans Kristian Andersen, Nikolay Vasilyeviç Qoqol və digər böyük bakirlərin təcrübəsinə əsasən deyirlər.

 

Üçüncü tərəfdən, yuxarıda göstərilən məşhurların hamısının uşaq sahibi olmaq üçün hipotetik qabiliyyəti ilə bağlı sual açıq qalır. Məhz buna görə ki, onlar bakir qalıblar. Türkiyədə qədim yunan Troyasında qazıntı aparan 19-cu əsr alman arxeoloqu Henrix Şliman arvadı ilə uzun müddət Sankt-Peterburqda yaşayıb. Sonda ayrılıblar və Şilman 3 il qadınsız qalıb. O, özündən 30 yaş kiçik qızla evlənməzdən əvvəl hələ də uşaq sahibi olub-olmayacağını həkimdən öyrənib. Cavab müsbət olub və cütlüyün iki uşağı dünyaya gəlib. Bəlkə də bu nümunə erektil disfunksiya və uzunmüddətli abstinensiya ilə bağlı sualın cavabı ola bilər.

Fəlsəfə və ədəbiyyat sahəsinin bakirləri

– alman filosofu Fridrix Nitsşe cinsi əlaqənin nə olduğunu bilsə də, həyatında qadın üzü görməmişdi. Məsələn, filosof əsərlərini bitirməsini orqazmla müqayisə edirdi. Eyni zamanda, o, həyatı boyu çox az sayda qadınla ünsiyyət qurub, əksər hallarda onlara hörmətsiz münasibət bəsləyib.

Danimarka yazıçısı Hans Kristian Andersen hər kəsin sevimli nağıllarını – “Balaca su pərisi”, “Düyməcik”, “Çaxmaq daşı”, “Qar kraliçası”, “Kralın yeni paltarları”nı yazıb. Bəlkə də o, dünyanın ən populyar uşaq yazıçısıdır, baxmayaraq ki, özü nağıllarının ilk növbədə böyüklər üçün nəzərdə tutulduğuna inanırdı. O, gündəliyində yazırdı ki, intim münasibətin qızğın əleyhdarı olub. Yazıçının bir neçə dəfə aşiq olduğu, lakin heç vaxt evlənmədiyi bəllidir.

İsaak Nyuton da ömrü boyu intim həyat yaşamayıb. Müasirləri xatirələrində yazırlar ki, Nyutonun qadınlara etinasızlığı onun həddindən artıq elmə bağlı olmasıyla əlaqəlidir. Nyuton hətta yatmağa və yemək yeməyə sərf etdiyi vaxta görə də deyinirmiş.

Onun azsaylı dostlarından biri, məşhur filosof Con Lokk bir dəfə “məkrli plan” həyata keçirməyə və onu qadınlarla münasibətlərə sürükləməyə çalışıb. İddialara görə, Nyuton dostuna “Ser, kaş ki, bu əməlinə görə öləydin” deyə cavab verib.

Amma cinsi istəyi bilərəkdən azaltmaqla dahi olmaq fikrinə düşən adamların müəyyən psixoloji problemlərinin olduğu da sübuta yetirilib. Çox vaxt bu, yaradıcı qabiliyyətlərdən və ya intim həyata baxışlardan asılı olmayaraq, sadəcə uzunmüddətli abstinensiya nəticəsində yaranır. Öz təcrübənizdə bunu yoxlamaq da məsləhət görülmür. Əks halda xoşagəlməz simptomlarla qarşılaşa bilərsiniz.

Vəli Həsənov

Tacxeber.com

Oxşar xəbərlər