• 23 Noyabr 2024 11:38

Rusiyada Çinə gedən strateji dəmir yolu partladıldı

Baykal-Amur magistral dəmir yol xəttində partlayış baş verib. Bu, Rusiya Federasiyası ilə Çin arasında yeganə ciddi dəmir yolu idi.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

 

KİV bildirir ki, bu, Ukrayna Təhlükəsizlik Xidmətinin növbəti uğurlu əməliyyatıdır.

“Bu gecə Baykal-Amur magistralında, daha doğrusu Severomuy tunelində partlayış baş verib. Əslində, bu, Rusiya Federasiyası ilə Çin arasında yeganə ciddi dəmir yolu əlaqəsidir. Və hazırda Rusiyanın hərbi təchizat da daxil olmaqla istifadə etdiyi bu marşrut iflic vəziyyətindədir. Yük qatarının hərəkəti zamanı dörd partlayıcı qurğu işə düşüb”, – məlumatda deyilir.

Bildirilir ki, hazırda hadisə yerinə FTX cəlb olunub, araşdırma aparılır.  (Unikal)

Tacxeber.com

Oxşar xəbərlər