• 19 Sentyabr 2024 06:08

Sonu görünməyən müharibə: Rusiya daha 1180 hərbçisini itirdi

Sonu görünməyən müharibə: Rusiya daha 1180 hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1180 hərbçisini itirib.

Tacxeber.com“Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 328 760 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 13 tank, 28 zirehli döyüş maşını, 1 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər