Tikintisi bu gün də gizli qalan hamamlar – Yeraltı sirlər-MARAQLI
Azərbaycan ərazisindəki tarixi tikililərin, abidələrin bəziləri müxtəlif memarlıq sirlərini özündə qoruyub saxlayır. Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşən Azərbaycanın coğrafi strateji mövqeyə sahib olması, ayrı-ayrı yerlərdən tacirlərin, sənətkarların, saysız-hesabsız dəvə karvanlarının bura axınına imkan yaradıb.
Şərqin müxtəlif diyarlarından Azərbaycana gələn insanlar burada öz vətənlərinə aid tikililərin inşasına çalışıb. Orta əsrlərdə tarixi abidələrin böyük əksəriyyəti klassik Şərq memarlıq üslubunda tikilməsi təbii haldır. Çünki İslam dininin yüksək nüfuzu özünü memarlıq abidlərində də göstərirdi. Memarlar, sənətkarlar inşa etdikləri saray, məscid, rəsədxana, hamam, meyxana və karvansaralarda dini motivlərin qabardılmasına və dini amillərin abidənin konstruksiyasının əsas tərkib hissəsi olmasına çalışırdılar. Əks halda, həmin tikilinin memarını çox ciddi cəza gözləyirdi.
Lakin Orta əsrlər Azərbaycanında memarların əksəriyyəti dövrün tələbi ilə fəlsəfə, riyaziyyat, astronomiya, həndəsə, fizika kimi elm sahələrinə yaxşı bələd idilər. Odur ki, inşa etdikləri binalarda da xüsusi memarlıq üslublarını, arxitektura xüsusiyyətini, bir sözlə yaradıcılıq sirlərini əks edirdilər. Bu səbəbdən də nəinki orta əsrlərdə, hətta yeni dövr (XIX əsr) Azərbaycan memarlığındakı bəzi tikililər özlərində bir çox sirləri qoruyub saxlayır.
Moderator.az bu cür tikililətdən yalnız bir neçəsi barədə maraqlı faktları təqdim edir:
Məsələn, XIX əsrdə Göyçay rayonunda inşa edilən yeraltı hamam
Göyçayın varlı-hallı şəxslərindən biri olan Həzrət bəy Ağazadə barəsində yazdığımız hamamı öz qızı üçün cehizlik tikdirib. Göyçay şəhərinin mərkəzində ən qədim tikili olan yeraltı hamamın çirkab sularının hansı yolla, necə və haraya axıdılması barədə hələ ki, heç kimin məlumatı yoxdur. Bu istiqamətdə araşdırmalar aparılsa da, hələlik dəqiq nəticə əldə edilməyib. Bu faktın özü tikilinin necə böyük memarlıq möcüzəsi olmasına dəlildir. Amma bunun özü də hamamın əsas özəlliyi deyil.
Torpaq səthindən 2 metr dərinlikdə yerləşən, kvadrat şəklində olan tikilinin ovalşəkilli 3 böyük salonu var. Salonlardan ikisi qadınlar, biri isə kişilər üçün nəzərdə tutulub. Hamamdan eyni vaxtda 70 nəfər istifadə edə bilib. Hamamın ən böyük özəlliyi budur ki, içəridə qızdırıcı sistem olmasa da, qış vaxtı onun döşəməsi çox isti olub. Deyilənlərə görə, hamamın ocaqxanasında həm su qızdırılıb, həm də orada yaranan isti hava döşəmənin altı ilə hər yerə yayılıb. Bişmiş kərpiclə hazırlanan döşəmə qızdıqda isə qış vaxtı hamamın içərisi və insanların ayağının altı isti olurmuş. Ötən əsrin 30-40-cı illərində bu hamamdan həbsxana kimi istifadə edilib. İkinci Dünya müharibəsindən sonra isə hamam pendir sexi kimi fəaliyyət göstərib. 1958-ci ildə bu bina yenidən təmir edilərək hamam kimi istifadəyə verilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu memarlıq abidəsinin heç bir fəaliyyəti olmayıb.
“Yeraltı hamam” XIX əsrdə Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə tərəfindən tikilib. Qeyd edilir ki, Həzrət bəy Ağazadə bu hamamı qızına cehiz olaraq tikdirib. Deyilənə görə, Həzrət bəyin Göyçay və Ucarda pambıq zavodları, çörək, kitab və ərzaq mağazaları varmış.
Uzun illər insanların xidmətində olan bu nadir tikilinin bir sirri indiyədək açılmayıb. Aparılan araşdırmalara baxmayaraq, hamamın çirkab sularının hara və necə axıdılması ilə bağlı bu sual hələ də cavabsız qalır.
“Yeraltı hamam” adı ona əsas hissəsi torpağın səthindən 2 metr dərinlikdə yerləşdiyi üçün verilib. Kvadrat formasında olan tikilinin ovalşəkilli üç böyük salonu var. Onlardan ikisi qadınlar, biri isə kişilər üçün nəzərdə tutulub. Hamamdan eyni vaxtda 70 nəfər istifadə edə bilirdi.
Qədim tarixə malik olan daha bir unikal tikili isə “Hacı Bani” hamamıdır. Hamam ХV əsrin sоnlаrındа tikilib. Tikilinin sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olduğu üçün ona belə ad verilib. Müsəlmаn şəhərlərinin əsаs еlеmеntlərindən biri оlаrаq bu hаmаm kаrvаn yоlu üzərində öz iri həcmli görünüşü ilə sеçilir.
Şəhərə daxil olmaq istəyən yad karvanlar mütləq qala divarlarının yanında yerləşən bu hamamda yuyunmalı və təmiz olandan sonra içəri keçə bilərdilər.
1964-cü ildə bu ərazidə arxeoloji-tədqiqat işləri aparılarkən aşkar olunan hamamda qədim Hindistana aid memarlıq sirlərinə rast gəlinib. Mеmаrlıq fоrmаlаrındа mövcud оlаn оtаqlаrın zəngin örtüklər sistеmi həttа kiçik kаmеrаlаrın intеryеrinə bеlə sоn dərəcə bədii ifаdəlik vеrir.
Hamama daxil olarkən оrаdа müsbət еnеrji gətirən, ifаdəli mеmаrlıq fоrmаlаrındаn, dоlğun həcmli plаstikа üslubundаn istifаdə еdildiyini hiss etmək olur.