• 24 Noyabr 2024 15:50

Zelenski Zalujnı ilə açıq qarşıdurmaya gedir.

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı arasında yayda başlayan fikir ayrılığı açıq qarşıdurmaya keçib.

Bu barədə “Ekonomist” nəşri məlumat yayıb.

Nəşr Ukrayna ordusunun uğursuz əks-hücumunu və Zelenski ilə Zalujnı arasındakı münasibətləri dəhşətli dərəcədə pis adlandırıb:

“Bu qarşıdurmanı proqnozlaşdırmaq olardı, çünki həm ölkədə, həm də Qərbdə böyük ümidlər bəslənən Ukrayna əks-hücum əməliyyatı plan üzrə getmədi, uğursuz oldu. Zelenskinin komandasının fikrincə, Zalujni prezidentin nikbin bəyanatlarına zidd bəyanatlar verməklə özünü ağılsız apardıqdan sonra vəziyyət daha da pisləşib. Hazırda prezident və ordunun baş komandanı bir-birini ittiham edir, əks-hücumun uğursuzluğuna görə məsuliyyəti bir-birinin üzərinə atmağa çalışırlar. Qələbənin atası çox olur, lakin heç kim ümidsiz vəziyyəti üzərinə götürmək istəmir”.

Nəşr yazıb ki, Zalujnının adı Ukraynanın cənubunun təslim olması işində şahid qismində keçir:

“Zalujnını mümkün qədər nəzarət altında saxlamaq üçün Zelenskinin komandasına cinayət işi lazımdır. Zalujnı da öz növbəsində mümkün ittihamlardan sığortalanmaq üçün mətbuatda fəallaşıb. Maraqlıdır ki, bütün bunlara baxmayaraq, ordunun baş komandanı heç vaxt siyasi ambisiyaları olduğunu açıqlamayıb. Lakin Zelenski gələn il seçki keçirməkdən imtina edir və görünür, Zalujnı ilə rəqabətdən qorxur. Ukraynada sorğulara görə, Zelenskiyə inanan ukraynalıların sayı 32 faizdən bir qədər çoxdur. Zalujnıya etibar edənlər isə 70 faizə çatıb. Hətta Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanovun reytinqi də Zelenskidən daha yüksəkdir – 45 faiz”.

Tacxeber.com

Oxşar xəbərlər