İsrail “humanitar atəşkəs”dən sonra Fələstini yenidən bombalayıb.
Tacxeber.com xəbər verir ki, İsrail və HƏMAS arasında noyabrın 24-ü cümə günü saat 08:00-da qüvvəyə minən “humanitar fasilə” pozulub.
HƏMAS İsrail ordusunun yenidən atəş açdığını bildirib. Bundan sonra İsrailin baş naziri Netanyahunun ofisindən açıqlama gəlib. Açıqlamda Qəzzaya olan hücumlarda HƏMAS günahlandırılıb.
HƏMAS-ın tərəflər arasında razılaşmaya uyğun olaraq israilli qadın əsirləri azad etmədiyi və İsrailə doğru raketlər atdığı vurğulanıb:
“Müharibə davam edəcək. İsrail hökumətinin hədəflərinə sadiq qaldığını vurğulayacağıq. Məqsədlər israilli əsirləri azad etmək, HƏMAS-ı aradan götürmək, Qəzzanın bir daha İsrail üçün təhlükə yaratmamasını təmin etmək”.