• 24 Noyabr 2024 08:30

Azərbaycanlı iş adamı Rusiyada 9 milyard dollar qazandı

 

Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən bəri 38,575 milyard dollar artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Bloomberg Milyarderlər İndeksi” məlumat yayıb.

Məlumata görə, bu dövrdə Rusiyanın enerji şirkəti “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 9,14 milyard dollar qazanıb. Bununla da onun sərvəti 24,5 milyard dollara çatıb.

“Eurochem” və “SUEK”in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti isə 4,03 milyard dollar artaraq 17,2 milyard dollara çatıb. Eyni zamanda, “Lukoyl”un keçmiş vitse-prezidenti Leonid Fedunun sərvəti 3,89 milyard dollar artaraq 9,76 milyard dollar olub.

Tacxeber.com

Oxşar xəbərlər