• 23 Noyabr 2024 23:44

Qəribə üz quruluşuna sahib olan ailənin xəstəliyi tapılmır – FOTO

 

Xarici görünüşlərinə görə “yadplanetlilər” adlandırılan ailə bu vəziyyətə səbəb olan sirli xəstəliyin araşdırılmasını gözləyir

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir  ki, ailənin 12 üzvündən beşinin gözləri geniş, yanaq sümükləri böyümüş, burunları əyri və dişləri pisdir.

Səhiyyə mütəxəssisləri bu qəribə simptomların nədən qaynaqlandığını araşdırırlar.

Bəzi həkimlər leontioz diaqnozu qoyublar.

Müəmmalı bir xəstəlik səbəbiylə üçbucaqlı üzləri olan ailə də yadplanetli olduqlarına inanmağa başlayıb.

Onlar baş ağrılarından, nəfəs darlığı, başgicəllənmə və bədən ağrılarından əziyyət çəkirlər.
İşəgötürənlər xarici görünüşlərinə görə onlara qarşı ayrı-seçkilik etdiyi üçün iş tapmaqda çətinlik çəkirlər.

Bunun dünyada 40-dan az insanda tapılan nadir xəstəlik olduğu bildirilib.

 

 

Oxşar xəbərlər