“Ətrafımızda strateji vəziyyət köklü surətdə dəyişib, bu, Avropa üçün yeni məsuliyyət deməkdir…”
“Avropanın gələcək müdafiə sənayesi strategiyası Ukraynanın tələbatları və istehsal imkanlarını nəzərə almalıdır…”
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bəyan edib ki, Avropa İttifaqının Ukrayna qarşısında öhdəlikləri “möhkəm olaraq” qalmalıdır.
Bu barədə “The Guardian” nəşri məlumat verib.
“Ətrafımızda strateji vəziyyət köklü surətdə dəyişib. Bu, Avropa üçün yeni məsuliyyət növü yaradır. Mən bunu strateji məsuliyyət adlandırıram.
Bu məsuliyyət hər şeydən öncə Ukraynaya bu müharibədə dəstək və bunun nə qədər müddətdə tələb ediləcəyinə görə məsuliyyətdir”, – o, Brüsseldə Avropa Müdafiə Agentliyinin forumunda deyib.
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, məhz indi Ukraynaya dəstək möhkəm olmalıdır, hərçənd, bu, “asan olmayacaq”.
“Rusiya hazırda öz mövqelərini möhkəmləndirir və təşəbbüsü ələ keçirməyə cəhd edir. Bu isə o deməkdir ki, döyüş bölgəsində vəziyyət çox mürəkkəb olaraq qalmaqdadır. Lakin bu, dəstəyin əleyhinə olan dəlil deyil. Əksinə, bu, daha çox dəstəyin xeyrinə olan dəlildir”, – o, vurğulayıb.
Fon der Leyen xatırladıb ki, Rusiya Ukraynanın işğal edilmiş bütün ərazilərinə nəzarət etmir, çünki Ukrayna ordusu qəsbkarları onların bir hissəsindən sıxışdırıb çıxarıb.
“Ukrayna hətta Rusiya donanmasını Qara dənizdən sıxışdırıb və yenidən taxılı bu dəniz dəhlizindən tədarük edə bilir.
Finlandiya NATO-nun üzvüdür və Rusiya ilə uzun sərhəddə malikdir. Tezliklə İsveç də Alyansın üzvü olacaq.
Ukrayna Avropa İttifaqının üzvlüyü yolundadır. Kreml isə özünü Qərb iqtisadiyyatı və innovasiya sistemlərinə çıxışdan məhrum edib və özünü Çindən asılı vəziyyətə salıb.
Biz birlikdə çox şeylərə nail olmuşuq. Və bütün bunlar Ukraynaya daimi dəstəyin xeyrinə olan dəlillərdir”, – o, əlavə edib.
Brüsseldəki forumda digər bəyanatlar
Bu gün fon der Leyen bəyan edib ki, Avropanın gələcək müdafiə sənayesi strategiyası Ukraynanın tələbatları və istehsal imkanlarını nəzərə almalıdır.
KİV-lərin məlumatına görə, bu proqram layihəsi artıq 2024-cü ilin əvvəlinə təqdim edilə bilər. Onun köməyilə Avropanın hərbi-sənaye kompleksi daha çevik və dayanıqlı olacaq. (Moderator)