• 23 Noyabr 2024 18:04

Tanqo lazımdır, Qərb isə breykdans edir – Lavrovdan Ukraynada açıqlaması

 

Ukrayna böhranının siyasi yolla həlli tanqo kimi hər iki tərəfdən səy tələb edir, lakin Rusiyanın rəqibləri solo breykdans edir.

Tacxeber.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT XİN başçılarının görüşünün yekunlarına dair mətbuat konfransında nazir Ukrayna münaqişəsinin həlli mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

O qeyd edib ki, Rusiya hələ də Kiyevdən və onun “ağalarından” siyasi prosesə keçməyə hazır olduqları barədə siqnallar görmür.

“Siyasi prosesə başlamaq üçün tanqoda olduğu kimi iki tərəf lazımdır, amma qarşı tərəfdəki uşaqlar tanqo deyil, breykdans edir. Orada solo çıxış etməlisən”, – Lavrov istehza ilə sualı cavablandırıb.

Tacxeber.com

Oxşar xəbərlər