• 23 Noyabr 2024 03:34

Dövlət rəsmisi “uydurma ölkə” ilə müqavilə imzaladı – ara qarışdı

Paraqvayın Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi “Kailasa” Birləşmiş Ştatlarının nümayəndələri ilə anlaşma memorandumu imzalayıb. Ölkənin “xəyali” olduğu aydın olanda məmur vəzifəsindən uzaqlaşdırılıb.

Paraqvay Kənd Təsərrüfatı Nazirliyinin Arnaldo Çamorro adlı rəsmisi “Kailasa” Birləşmiş Ştatlarının nümayəndələri ilə bəyannamə imzalayıb. Kailasanın internet saytında sözügedən “xəyali” ölkə bütün dünyada köçkün hindular tərəfindən həyata qaytarılan qədim, maariflənmiş hindu sivilizasiyalı xalqın dirçəlişi kimi təsvir edilir.

Bu xəyali ölkənin nümayəndələri Paraqvayın Kənd Təsərrüfatı Naziri Karlos Gimenes və Çamorro ilə görüşüblər. Hadisənin üstü açılandan sonra sosial şəbəkədə nazirlik rəsmisinin ünvanına tənqidlər və reaksiyalar olub. Digər tərəfdən, Kailasa nümayəndələri daha əvvəl fevral ayında Cenevrədə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) iki komitə iclasında iştirak edib. ABŞ və Kanadadakı Maria Antonia və Karpai yerli idarəçiləri ilə müqavilələr imzalayıblar. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər