UEFA Millətlər Liqasının 2024/2025 mövsümü üçün iştirakçıların siyahısına Rusiya millisini daxil etməyib.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
FİFA və UEFA 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi təzavüzündən sonra bu ölkənin klublarının və milli komandalarının beynəlxalq turnirlərdə iştirakını dayandırıb. Rusiya millisi son Millətlər Liqasında da çıxış etməyib və bu səbəbdən B divizionundan C divizionuna düşüb.
Rusiya millisi 2023-cü ildə 8 yoxlama oyunu keçirib. (Qol)