• 24 Noyabr 2024 09:48

“9 min kv.km ərazi Azərbaycanın nəzarətinə keçəcək” – Baqratyan

“9 min kv.km ərazi Azərbaycanın nəzarətinə keçəcək” - Baqratyan

“Nikol Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu bəyan edəndə Rusiya sülhməramlılarının əhəmiyyəti qalmadı. Artıq növbəti addım onların Qarabağdan çıxmasıdır”.

Tacxeber.com Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

“Ermənistan hökuməti Azərbaycan hakimiyyətindən qorxur. Dəhlizlər Nikol Paşinyanın təqdim etdiyi xəritəyə uyğun verilsə, o zaman Ermənistan daha 9 min kvadrat kilometr ərazidən, yəni Sünikdən (Zəngəzur – red.) məhrum olacaq. 2 dəhlizi versəniz, Sünikin Ermənistanla əlaqəsi kəsiləcək. Sünikə getmək üçün o dəhlizlərdən keçməliyik, oradan da keçmək üçün icazə almalıyıq. Bundan sonra İrəvan-Sisian, İrəvan-Qafan avtobusları işləməyəcək”, – Baqratyan bildirib.

Tacxeber.com

Oxşar xəbərlər