Sentyabrda Azərbaycanın antiterror tədbirlərini “azərbaycanlıların hücumu” adlandıran Avropa Parlamentinin üzvü Fabio Massimo Kastaldonun sözləri sırf dəlilikdir.
Tacxeber.com xəbər verir ki, bunu İtaliya xarici işlər nazirinin müavini Edmondo Çirielli “Formiche” qəzetinə müsahibəsində deyib.
“Azərbaycan heç vaxt Ermənistan ərazisinə qarşı hərəkətlər həyata keçirməyib və bu, BMT-nin müstəqil komissiyaları tərəfindən təsdiqlənən məlum faktdır.
Ermənilərin Qarabağı tərk etməsinə Azərbaycan qoşunları deyil, əlavə gərginlik yaratmaq məqsədilə regionda repressiyalar həyata keçirən separatçılar səbəb olub”, – o deyib.
Çiellini söyləyib ki, Avropada həmişə erməni revanşizmini və erməni millətçiliyini qızışdıranlar, İrəvanı hətta beynəlxalq hüquqda nəzərdə tutulmayan məsələlərdə qarışdıranlar olub.
“İtaliya sülhün təmin edilməsində mühüm diplomatik rol oynaya bilər. Amma azərbaycanlılar ermənilərə qarşı güc tətbiq edən kimi göstərilməyə davam edərsə, bunun dünyaya heç bir faydası olmayacaq”.