• 24 Noyabr 2024 04:54

Dünyanın ən böyük eksperimental istilik-nüvə reaktoru işə salındı

 

Yaponiyada dünyanın ən böyük eksperimental istilik-nüvə reaktoru JT-60SA açılıb. O, paytaxt Tokiodan şimalda – Naka şəhərində yerləşən altımərtəbəli tikilidən ibarətdir.

Tacxeber.com xəbər verir ki, bu barədə “Phys.org” “Agence France Press”ə (AFP) istinadən məlumat yayıb.

JT-60SA-in içində formaca ponçiki xatırladan tokamak (maqnit sarğacları olan toroidal kamera) yerləşir. Qurğu maqnit sahəsində Günəşin səthindən 36 min dəfə çox isti – 200 milyon °C-ə qədər qızdırılan fırlanan plazmanı saxlamaq üçün nəzərdə tutulub.

JT-60SA reaktorunun məqsədi istilik-nüvə sintezinin istehsalına xərcləndiyindən daha çox enerji istehsal edəcək təhlükəsiz, genişmiqyaslı, karbonsuz təmiz enerji mənbəyi kimi həyata keçirilməsinin mümkünlüyünü tədqiq etmək olacaq.

Layihənin yekun məqsədi içəridəki hidrogen nüvələrini daha ağır bir element olan heliuma birləşməyə məcbur etmək, işıq və istilik şəklində enerji buraxmaq və Günəşin daxilində baş verən prosesi təqlid etməkdir.

Nüvə parçalanmasından fərqli olaraq, istilik-nüvə sintezi 2011-ci ildə Yaponiyanın “Fukusima-1” AES-də baş vermiş qəza kimi fəlakətli nüvə qəzaları riskini daşımır və hazırkı atom elektrik stansiyalarından daha az radioaktiv tullantı istehsal edir.

Tacxeber.com

Oxşar xəbərlər