• 22 Noyabr 2024 13:30

Üç il yanan və nüvə partlayışı ilə söndürülən qaz yatağı.

Urta-bulaq qaz yatağı Özbəkistan ərazisində yerləşir. 1963-cü ildə yeni qaz quyusunun qazıntısı zamanı texnoloji qaydalara əməl edilmir. Dekabrın 1-də anomal şiddətli (300 atmosfer) təzyiq olan təbəqəyə daxil olanda güclü püskürtü baş verir, qazıntı avadanlığı dağılır, qaz yanmağa başlayır.

Alovun hündürlüyü 120 metrə çatan qəza zamanı hər gün 12 milyon kubmetr qaz yanır.

İstilik səbəbindən 250 metrdən artıq yaxınlaşmaq mümkün olmayan alovu söndürmək üçün müxtəlif üsullar sınaqdan çıxarılır, amma xeyri olmur. Ətrafı his örtür, flora və faunaya ciddi zərər dəyir.

Sonda yanğını yönləndirilən nüvə partlayışı ilə söndürmək təklif olunur. Sınaqlardan sonra yanğından bir qədər aralıda 1500 metr dərinliyində maili quyu qazılır və nüvə bombası buraxılır. Gücü 30 kiloton idi, bu da Xirosimaya atılan bombanın gücündən iki dəfə artıq idi.

1966-cı il sentyabrın 30-da bomba partladılır. Nəticədə quyu torpaq layları ilə örtüldü və 22 saniyə sonra alov söndü.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər