İndoneziyanın Qərbi Sumatra əyalətində Merapi vulkanı püskürməsi nəticəsində 11 alpinist həlak olub.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Dövlət Axtarış və Xilasetmə İdarəsinin rəhbəri məlumat verib.
Həmçinin itkin düşən 12 alpinistin tapılması üçün axtarış-xilasetmə işləri davam edir.
Əyalətin paytaxtı Padanqdakı yerli Axtarış və Xilasetmə İdarəsinin rəsmisi dekabrın 2-də dağa qalxmağa başlayan təxminən 75 alpinistdən 52-sinin xilas edildiyini, onlardan 8-nin bədən xəsarətləri səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirib.
Qeyd edək ki, “Sakit okean atəş halqası” zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan var.