• 23 Sentyabr 2024 00:32

Ukrayna cəbhəyə pişikləri göndərməyə başladı.

Ukrayna siçan və siçovullarla mübarizə aparmaq üçün cəbhəyə pişik göndərməyə başlayıb.

Almaniyanın “Bild” nəşri xəbər verir ki, gəmiricilər əsgərlərin yuxu çantalarına girərək, onların yatmasına mane olur.

Bundan əlavə, onlar həm də hərbi formalar və rabitə kabelləri daxil olmaqla, qarşılarına çıxan hər şeyi gəmirirlər. Buna görə də, onlarla mübarizə aparmaq üçün cəbhəyə pişikləri göndərirlər, bəzilərini isə hərbçilər özləri ilə gətirirlər.

Qeyd edək ki, bundan əvvəl “Japan Times” da Ukrayna əsgərlərinin səngərlərdə peyda olan gəmirici dəstələrinin onlar üçün “gözlənilməz düşmənə” çevrildiyini və bu gəmiricilər naqilləri gəmirdikləri üçün hərbi qulluqçuların internetə daxil olmaqda problemlərlə üzləşdiyini bildirmişdi. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər