• 23 Noyabr 2024 03:42

Üzərindəki “cadunu aradan qaldırmaq üçün” cadugərə 6 kiloqram qızıl verdi və…

Rusiyanın Omsk şəhəri sakininə özündəki “cadunu aradan qaldırmaq üçün” 6 kiloqram qızıl lazım olub. 

Bu haqda “SHOT” telegram-kanalı məlumat yayıb.

İnternet şəbəkələri vasitəsilə qadın Moskva yaxınlığındakı Şelkovo qəsəbəsində guya irsən cadugər olan birini tapıb. Cadugər onda “yalnız sarı metalın köməyi ilə çıxarıla bilən bir çox mənfi enerji aşkar edib”. Nəticədə qadın 2 milyon rubl (təxm. 112 min AZN) dəyərində 6 kiloqramlıq bütün zinət əşyalarını toplayıb Moskva vilayətinə göndərib. Bağlamanı alan cadugər guya “artıq cadunun aradan qaldırıldığını” bildirib. Yalnız bundan sonra zərərçəkmiş aldadıldığını başa düşüb. O, qızıllarını geri tələb edib və polisə şikayət edib. Lakin mənbənin sözlərinə görə, cinayət tərkibi olmadığı üçün polis cadugərə qarşı cinayət işi başlamaqdan imtina edib.

Bir müddət əvvəl rusiyalılar arasında aparılan sorğu göstərib ki, respondentlərin 60%-dən çoxu özlərini mövhumatçı, yəni Allahdan çox caduya, fala, ovsuna və s. inanan hesab edir… (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər