Xəbər verdiyimiz kimi, müğənni Zahidə Günəş ikinci dəfə ailə qurub.
Sənətçinin əri Ramin bəy ilk dəfə “Elgizlə izlə” ictimai-sosial verilişinin canlı efirinə zəng vuraraq, proqramda qonaq olan Zahidə ilə ailə qurmasının pərdəarxası məqamlarından danışıb.
“Zahidə xanımı müğənni Zahidə Günəş kimi deyil, özü kimi sevdim. Biz çox xoşbəxtik. Allah hər kəsə bizim kimi sevgi və xoşbəxtlik bəxş etsin. Sizin verilişə zəng eləməyim məqsədi haqqımızda danışılan yalanlarla bağlıdır. Hər kəs haqqımızda yalan sözlər danışır. Ailə qurmaq gizlədiləsi və ya utancveriləsi bir məsələ deyil ki… Axı biz nə üçün yalan danışaq? Hamının başına gələn xoş hadisədir. Biz sevmişik bir-birimizi və ailə qurmuşuq”, – deyə Zahidənin əri Ramin bəy vurğulayıb.
Qeyd edək ki, aparıcı və prodüser Tarix Əliyev (Tolik) Zahidə Günəşin ikinci dəfə ailə qurmasının qurma və şou olduğunu dilə gətirib. Buna səbəb isə müğənninin onun verilişində deyil, bir gün sonra qonaq olduğu aparıcı Nanə Ağamalıyevanın proqramında ikinci dəfə ailə qurması haqda açıqlaması olub./Bizim.Media