• 24 Noyabr 2024 00:21

“Avdeyevka ətrafında ağır döyüşlər gedir, USQ itirilmiş mövqelərini bərpa edir” – ISW

“Avdeyevkanın koks-kimya zavodu və sənaye zonasında Ukrayna Silahlı Qüvvələri əkshücum nəticəsində işğalçılara zərbələr endirərək itirilmiş mövqelərini bərpa edib…”

“Noyabr ayında USQ düşmənin 3 min 90 vahid silah və texnikası, 28 min 500 nəfər şəxsi heyətini məhv edib…”

Ukrayna Silahlı Qüvvələri (USQ) Stepovoye məntəqəsindən cənuba doğru Rusiya işğalçılarına hücumu davam etdirir. Avdeyevkanın koks-kimya zavodu və sənaye zonasında isə şiddətli döyüşlər davam edir.

Bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklər qeyd edir ki, Ukrayna qoşunları Avdeyevka ətrafında əkshücum həyata keçirib və itirilmiş mövqelərini bərpa edib.

Geolokasiya kadrlarında Ukrayna qüvvələrinin Stepovoyedən cənuba meşə zolağında Rusiya mövqelərinə hücum etdiyi görünür.

Eyni zamanda Rusiya qoçunları Avdeyevka istiqamətində hücum əməliyyatlarını davam etdirib və irəliləyib. Geolokasiya kadrları göstərir ki, Rusiya qoşunları Avdeyevkadan şimala su anbarı rayonunda irəliləyib.

Bundan başqa, əlavə geolokasiya kardları Rusiya qoşunlarının Stepnoye hüdudlarında Avdeyevkadan şimal-qərbə doğru 5 km irəlilədiyini göstərir.

Rusiyalı hərbi blogerlər iddia edib ki, işğalçılar Stepovoye və onun ətrafındakı mövqelərinə nəzarəti möhkəmləndirib, blogerlərdən biri isə iddia edib ki, Rusiya qoşunları Stepovoyedən cənub-şərqə doğru meşə zolağında 600 metr irəliləyib.

Ukraynada müharibə – xəbərlər

Knyaz Roman Velikiy adına 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Nadejda Xamriqa deyib ki, Kupyansk istiqamətində düşmən son zamanlar taktikasını dəyişib.

Dekabrın 1-də Müdafiə Nazirliyi rusiyalı işğalçıların noyabr ayı üçün itkilərini açıqlayıb. Qeyd edilir ki, Müdafiə Qüvvələri Rusiyanın 3 min 90 vahid silah və texnikasını sıradan çıxarıb, həmçinin işğalçıların şəxsi heyətindən 28 min 550 nəfərini məhv edib. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər