Aynur Dadaşovanın qızı qızılca xəstəliyinə yoluxub.
Tacxeber.com Bizim.media-a istinadla xəbər verir ki, bu barədə o, qonaq olduğu “Elgizlə izlə” verilişində danışıb.
Müğənni bildirib ki, qızının temperaturu olsa da, bədənində səpgilər müşahidə edilməyib:
“Qızım 6 nömrəli məktəbdə təhsil alır. Son günlərdə 39 dərəcə temperaturu oldu, amma səpgiləri olmadı. Onu məktəbdən saxlamadım. Gedir-gəlir. Çox narahatam. Bir çox valideynlər övladlarını dərsə getməyə qoymur. Getməyəndə də dərslərdən geri qalırlar. Uşaq vaxtı qızım peyvənd olunub. Bununla bağlı peyvənd kitabçası da var”.